WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq

"WUF13 tədbirin məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 10 hektarı nəqliyyat üçün nəzərdə tutulub".

Bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

O bildirib ki, foruma, ümumilikdə, 32 mindən çox iştirakçının qatılması gözlənilir: "WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Jurnalistlərin sayı isə 1200-dən çoxdur"./apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31