Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqları davam etdirəcəklər- ÖZƏL

Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqları davam etdirəcək və növbəti raund Yeni Dehlidə keçiriləcək. Olaylar.az xəbər verir ki, bu barədə The Economic Times qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qəzetin mənbəsi bildirib ki, "Danışıqlar prosesini davam etdirmək üçün Amerika ticarət nümayəndə heyətinin gəlişini gözləyirik. ABŞ nümayəndələrinin Hindistan paytaxtına səfərinin tarixi hələ müəyyən edilməyib. Aprel ayında Vaşinqtonda keçirilən danışıqlardan sonra tərəflər məsləhətləşmələrin gedişatını qorumaq barədə razılığa gəliblər."
Ötən ay Hindistan və ABŞ danışıqları aparanları iki ölkənin bazarlarına malların çıxışı, ticarətdə qeyri-tarif maneələri, gömrük prosedurlarının sadələşdirilməsi, investisiyaların cəlb edilməsi məsələlərini müzakirə ediblər və iqtisadi təhlükəsizlik tədbirləri barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31