Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

Olaylar.az xəbər verir ki, bu ölkəyə 8 vaqon dizel yanacağı göndəriləcək.

Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə tədarük olunacaq.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31