Neft qiymətləri ÇÖKDÜ - Bazarlarda kəskin ucuzlaşma
10:46 İqtisadiyyatAzərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,44 ABŞ dolları və ya 3,16% ucuzlaşaraq 105,55 ABŞ dollarına enib.
Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,42 dollar və ya 3,23% ucuzlaşaraq 102,49 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,2 dollar və ya 3,79% azalaraq 81,21 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,6 dollar və ya 3,45% azalaraq 100,59 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.