"Yaşıl enerji" istehsalı artıb
13:21 İqtisadiyyat2026-cı ilin birinci rübündə külək enerjisi istehsalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə rekord səviyyədə, 26 dəfə artaraq 247,7 mln. kVt·st təşkil edib. Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Ötən ilin ilk 3 ayında külək enerjisi istehsalı 9.5 mln. kVt·st olmuşdu.
Bu ilin birinci rübündə Azərbaycanda "yaşıl enerji" istehsalı isə 8 faiz artaraq 925 mln. kVt·st təşkil edib. Bu dövrdə İES-lərdə 6 066 mln. kVt·st, SES-lərdə 510,5 mln. kVt·st, digər mənbələr üzrə isə 414,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir. Yeni "yaşıl çağrışlar" yeni yanaşmaları aktuallaşdırır.