“AzərEnerji” ixracdan gəlirini iki dəfə artırıb
16:01 İqtisadiyyatBu ilin yanvar-mart aylarında "AzərEnerji" ASC-nin ixracdan əldə etdiyi gəlirlər 2 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı "İxrac icmalı"nın aprel sayına istinadən məlumat verir.
Məlumata görə, bu,2025-ci ilin yanvar-aprel aylarındakı göstəricilərlə müqayisədə təxminən 1 milyon dollar və ya iki dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.