Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI
15:10 İqtisadiyyatBu həftə "Azeri Light CIF", "Urals", "Dated Brent" və "Azeri Light FOB Ceyhan" markalı neftin orta qiymətləri azalıb.
Olayların məlumatına görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən "Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 3,39 ABŞ dolları və ya 2,9 faiz azalaraq 112,1 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 113,97 ABŞ dolları, minimal qiyməti isə 110,51 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 109,01 ABŞ dolları təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,42 ABŞ dolları və ya 2,2 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət 110,78 ABŞ dolları, ən aşağı qiymət isə 107,39 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,19 ABŞ dolları və ya 0,2 faiz azalaraq bir barel üçün 84,50 ABŞ dollarına düşüb. Həftə ərzində maksimal qiymət 87,81 ABŞ dolları, minimal qiymət isə 79,73 ABŞ dolları təşkil edib.
"Dated Brent" markalı neftin orta qiyməti 109,69 ABŞ dolları olub ki, bu da ötən həftə ilə müqayisədə 8,22 ABŞ dolları və ya 7 faiz aşağıdır. Həftə ərzində bir barel üzrə ən yüksək qiymət 112,31 ABŞ dolları, minimal qiymət isə 105,96 ABŞ dolları olub.
|
Neft /Tarix |
20.04.2026 |
21.04.2026 |
22.04.2026 |
23.04.2026 |
24.04.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$110.51 |
$110.89 |
$113.11 |
$112.02 |
$113.97 |
$112.1 |
|
Azeri Light FOB Ceyhan |
$107.39 |
$107.84 |
$110.09 |
$108.94 |
$110.78 |
$109.01 |
|
Urals (EX NOVO) |
$79.73 |
$82.26 |
$86.39 |
$86.29 |
$87.81 |
$84.50 |
|
Dated Brent |
$105.96 |
$107.69 |
$112.31 |
$110.94 |
$111.56 |
$109.69 |