“Caspian Finance” BOKT kapitalından 5 milyon manat geri götürdü

"Caspian Finance Bank Olmayan Kredit Təşkilatı" MMC nizamnamə kapitalını azaldır.

Olaylar.az xəbər verir ki, bu barədə BOKT özü elan edib.

Bildirilib ki, "Caspian Finance Bank Olmayan Kredit Təşkilatı" MMC-nin İştirakçıların Ümumi Yığıncağının 20 aprel 2026-cı il tarixli 04/2026-2 saylı qərarına əsasən, cəmiyyətin nizamnamə kapitalında dəyişiklik edilib.

Qərara uyğun olaraq, İştirakçıların Ümumi Yığıncağının 29 may 2025-ci il tarixli 05/2025-02 saylı qərarı ilə daşınmaz əmlak hesabına artırılmış 5 000 000 manat məbləğində nizamnamə kapitalı, əmlakın kapitaldan geri çıxarılması hesabına azaldılıb.

Buna qədər isə BOKT-un nizamnamə kapitalı 10 milyon manata bərabər idi.

BOKT-un qanuni təmsilçisi İsgəndərov Samir Xangiz oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31