Sinqapur Rusiya neft məhsullarının idxalını rekord həddə çatdırıb ÖZƏL
10:28 İqtisadiyyatOlaylar.az xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, Yaxın Şərqdəki tədarük zəncirində yaranan fasilələr fonunda Sinqapur Rusiyadan neft məhsulları idxalını əhəmiyyətli dərəcədə artırıb. Cari ilin aprel ayında Rusiyadan gələn tədarükün həcmi 2025-ci ilin orta göstəricilərini iki dəfədən çox üstələyib. Bu artım İran ətrafındakı münaqişə və Hörmüz boğazından keçən gəmilərin hərəkətinə qoyulan məhdudiyyətlərlə izah olunur.
Fars körfəzi ölkələrindən idxalın sutkada 522 min bareldən 336 min barelə düşdüyü bir vaxtda, Rusiyadan gələn həcm sutkada 585 min barelə yüksəlib. Ekspertlər qeyd edir ki, aprel ayının yekun göstəriciləri 2016-cı ildən bəri qeydə alınan ən yüksək rəqəm ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31