Çin ABŞ-ı geridə qoyaraq dünyada LİDER OLDU

Qlobal iqtisadiyyatda ixracatın həcmi üzrə yeni reytinq cədvəli açıqlanıb.

Olaylar.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məlumatları əsasında hazırlanan siyahıda Çin liderliyini qoruyub saxlayır.

Məlumata görə, Çin 3.8 trilyon dollarlıq ixrac həcmi ilə dünyanın ən böyük ixracatçısı statusunu davam etdirir. Siyahıda ikinci pillədə 2.2 trilyon dollarla ABŞ, üçüncü pillədə isə 1.8 trilyon dollarla Almaniya qərarlaşıb.

Avropanın digər önəmli ticarət mərkəzi olan Niderland isə 989 milyard dollarlıq göstərici ilə ilk dördlüyü tamamlayır.

Asiya regionunda Honkonq (754 milyard dollar), Yaponiya (738 milyard dollar) və Cənubi Koreya (709 milyard dollar) kimi ölkələr yüksək ixrac potensialı nümayiş etdiriblər.

Yaxın Şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri 707 milyard dollarlıq ixracla (bunun yarısından çoxu neft məhsullarıdır) regionun liderinə çevrilib. Rusiya isə 419 milyard dollarlıq ixrac həcmi ilə Avropa bölməsində yer alıb.

Ekspertlər qlobal ticarətin ağırlıq mərkəzinin getdikcə daha çox Asiya və Sakit okean regionuna doğru sürüşdüyünü vurğulayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31