Azərbaycanda qeyri-neft sektorundan büdcəyə ödənişlər artıb
13:17 İqtisadiyyatBu ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 5 milyard 533,7 milyon manat təşkil edib.
Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 57,7 faizini təşkil edir.
Bu, proqnozla müqayisədə 446,1 milyon manat və ya 8,8 faiz çoxdur.
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 69,5 faizini və ya 3 milyard 847,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 25,5 faizini və ya 1 milyard 410,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,0 faizini və ya 163,5 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 1,8 faizini və ya 99,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 13,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.