"SOCAR Türkiye" "STAR" NEZ üzrə alman şirkəti ilə müqavilə bağlayıb
10:01 İqtisadiyyatAlmaniyanın "Dräger" şirkəti "SOCAR Türkiye" ilə beş il müddətinə strateji saziş imzalayıb.
Bu barədə Trend "Dräger" şirkətinə istinadən məlumat verir.
Şirkətin məlumatına görə, müqavilə "SOCAR Türkiye" strukturuna daxil olan "STAR" Neft Emalı Zavodu ərazisində stasionar qaz detektorlarının texniki xidməti və dəyişdirilməsini nəzərdə tutur.
Sənəd "Petkim" şirkətinin baş direktoru və "SOCAR Türkiye"nin neft emalı və neft-kimya biznes istiqamətinin rəhbəri Kənan Mirzəyev, həmçinin "Dräger Türkiye" şirkətinin baş direktoru Zafer Kaşıkara tərəfindən imzalanıb.
"Bu əməkdaşlıq istehsalat sahələrində dayanıqlı sənaye təhlükəsizliyinin təmin edilməsi, əməliyyat səmərəliliyinin artırılması və uzunmüddətli tərəfdaşlığın inkişafı baxımından mühüm addımdır",- şirkətin məlumatında bildirilir.
"Dräger" şirkətində vurğulanıb ki, "Həyat üçün texnologiyalar" missiyasına sadiq qalaraq sənaye müəssisələrində təhlükəsizlik səviyyəsinin artırılması üçün texnoloji həllərin tətbiqini davam etdirəcəklər.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında istismara verilmiş "STAR" Neft Emalı Zavodu neft emalı ilə neft-kimya istehsalatını birləşdirir və Türkiyənin real sektorunda ən iri investisiya layihəsi hesab olunur.