Şuşada daha 7 yeni bina tikiləcək – 29,4 milyon manat ayrıldı
19:25 İqtisadiyyatŞuşada yeni yaşayış binalarının tikintisi ilə bağlı işlərə start verilir.
Yeni yaşayış binaları şəhərin D-3 massivində yerləşən 2-ci mərhələ üzrə aparılacaq.
Belə ki, həmin mərhələdə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işləri və ərazinin abadlaşdırlması işləri həyata keçiriləcək.
Məlumata əsasən, artıq bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi müvafiq işləri yekunlaşdırıb və "Diler İnşaat" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, görüləcək işlərin maliyyə dəyəri 29,4 milyon manat müəyyənləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31