Yanvar-mart aylarında Portuqaliyaya ixrac olunmuş neftin həcmi açıqlandı
13:39 İqtisadiyyatYanvar-mart aylarında Azərbaycandan Portuqaliyaya 112,4 milyon ABŞ dolları dəyərində 223,5 min ton bitumlu süxurlardan əldə olunan neft və neft məhsulları ixrac edilib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 77,5 milyon ABŞ dolları və ya 40,8%, həcm baxımında isə 130,5 min ton və ya 36,9% azdır.
Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Portuqaliyaya 189,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 354 min ton neft və neft məhsulları ixrac olunub.
Hesabat dövründə Portuqaliya Azərbaycan nefti və neft məhsullarını idxal edən ölkələr arasında 4-cü yeri tutub.
Qeyd edək ki, yanvar-mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% , fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.