Ermənistan ABŞ ilə regional əlaqəlilik layihələrinin praktiki icrasına keçir — Kostanyan
20:06 İqtisadiyyatErmənistan regional əlaqəlilik üzrə ABŞ ilə həyata keçirilən layihələrin praktiki icrasına keçir.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq razılaşdırılmış qərarların icrası işləri praktiki mərhələyə keçir.
"Biz ABŞ-dəki həmkarlarımızla birlikdə ərazidə praktiki işlərin davam etdirilməsi və həyata keçirilməsi mərhələsindəyik", - deyə o bildirib.
Kostanyan qeyd edib ki, tərəflər 13 yanvar tarixli üçtərəfli razılaşmadan sonra layihələrin icrası üçün çərçivə modelini artıq razılaşdırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31