Azərbaycan nefti bu gün neçəyədir? SON QİYMƏTLƏR
12:49 İqtisadiyyatDünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,55 ABŞ dolları və ya 4,68% azalaraq 113,01 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 118,56 ABŞ dolları təşkil edib.
Qiymətlərin kəskin dəyişməsi regiondakı geosiyasi gərginlik və hərbi əməliyyatların təsiri ilə əlaqələndirilir. Məlumat üçün bildirək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları məbləğində götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31