Rusiya taxıl ixracı üçün əlavə tarif kvotasını təsdiqlədi
19:07 İqtisadiyyatRusiya hökuməti buğda, meslin, arpa və qarğıdalı ixracı üçün 5 milyon ton məbləğində əlavə tarif kvotasını təsdiqləyib.
Olaylar.az xəbər verir ki, qərar iyunun 30-na qədər qüvvədə olacaq.
Bu kvota taxıl bitkilərinin Avrasiya İqtisadi Birliyi xaricinə ixracına aiddir. Bu qərar xaricə əlavə məhsul tədarük edə biləcək fermerlərə dəstək olmağa kömək edəcək. Kənd Təsərrüfatı Nazirliyi tarif kvotasını deklarativ əsasda bölüşdürəcək.
Eyni zamanda, qərarın daxili bazara zərər verməyəcəyi bildirilir. Qeyd edilir ki, bunun üçün kifayət qədər məhsul var və ümumi taxıl yığımının həcmi "Rosstat" tərəfindən yuxarıya doğru tənzimlənib (141,2 milyon tona qədər).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31