Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan mühüm rol oynayır- ÖZƏL
11:36 İqtisadiyyat"Regionun aparıcı, lider dövləti olan Azərbaycanın apardığı siyasətin ana xətti bölgədə sülh və təhlükəsizliyə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etməkdir. Bu unikal siyasətin bölgə dövlətləri tərəfindən dəstəklənməsi hədəf və məqsədlərə çatmağa geniş imkanlar yaradır. Bu baxımdan hazır da Cənubi Qafqaz dünyada ən sabit, təhlükəsiz region olaraq xarakterizə olunur. Siyasi təhlilçilərin, ekspertlərin də qeyd etdiyi kimi yaxın perespektivdə Cənubi Qafqaz siyasi-iqtisadi mərkəzlərdən biri olmaqla dünyanın parlayan bölgəsinə çevriləcək". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov deyib: " Regionun yaxın dost və müttəfiq dövlətləri olan Azərbaycanla Gürcüstan istər regional məsələlərdə, istərsə də beynəlxalq təşkilatlarda bir-birinə önəmli dəstək verirlər. Hər iki dövlət BMT, GUAM, ATƏT və digər beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış edirlər.
Gürcüstanla Azərbaycan arasında iqtisadi sahə də əməkdaşlıq əlaqələrin əsas sütunlarından biridir. Xüsusilə enerji və nəqliyyat layihələri bu əməkdaşlığın strateji əhəmiyyətini artırır. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan mühüm tranzit ölkə rolunu oynayır. Bu çərçivədə həyata keçirilən layihələr yalnız iki ölkə üçün deyil, bütövlükdə region və Avropa ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. 1994-cü ilin sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan vasitəsi ilə Avropaya nəqli iki ölkə arasında münasibətlərin tarixi köklərə əsaslandığını təsdiqləyir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi dünya əhəmiyyətli layihələr reallaşdı ki, bu da ölkəmizin Gürcüstanla strateji tərəfdaşlığa sadiqliyinin təsdiqidir. Azərbaycan Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayələr qoyuluşunu həyata keçirir. Hazırda Azərbaycandan Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 3,7 milyard dollar təşkil edir. Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı mətbuat üçün açıqlamasında bildirdi ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr barədə danışarkən Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdir ki, bu sahədə əlaqələr hər il artır: keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq.