Zəminə Zeynalovaya məxsus istehsalat sahəsində saxtakarlıq

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, I Mədən ünvanında Zəminə Zeynalovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes və tərxun sərinləşdirici içkilərinin müvafiq reseptura olmadan istehsal edildiyi, həmin məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, habelə məhsulların enerji dəyəri barədə məlumatların heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi aşkarlanmışdır.
Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.
Araşdırmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31