EIA Yaxın Şərqə maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

2026-cı ildə Yaxın Şərqdə neft və digər maye karbohidrogenlərin hasilatının gündə 9,34 milyon barel, 2027-ci ildə isə orta hesabla gündə 9,64 milyon barel təşkil edəcəyi gözlənilir.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) "Qısamüddətli Enerji Proqnozu" adlı aprel hesabatında bildirilir.

EIA-nın qiymətləndirməsinə görə, Yaxın Şərqdə qeyd olunan məhsulların hasilatı 2026-cı ildə rüblər üzrə belə olacaq: birinci rübdə - orta hesabla gündə 8,81 milyon barel, ikinci rübdə - 9,39 milyon barel, üçüncü rübdə - 9,92 milyon barel, dördüncü rübdə isə - 9,22 milyon barel.

EIA-nın 2027-ci il üzrə Yaxın Şərqdə neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozu isə belədir: birinci rübdə - 9,17 milyon barel, ikinci rübdə - 9,83 milyon barel, üçüncü rübdə - 10,21 milyon barel, dördüncü rübdə isə - 9,52 milyon barel.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31