23 mindən çox abonentin qazı KƏSİLƏCƏK
19:09 İqtisadiyyatAprelin 8-də Biləsuvar və Şəmkir rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Milli.Az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, saat 10:00-dan etibarən Biləsuvar rayonunda 600 abonentin qaz təchizatı dayandırılacaq.
Buna səbəb Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində aşkar edilən sızmanın aradan qaldırılması məqsədilə təmir işlərinin aparılmasıdır.
Eyni zamanda, Şəmkir Regional Qaz İstismarı İdarəsinin məlumatına əsasən, sabah saat 09:30-dan etibarən Tovuz əhali xəttindən qidalanan orta təzyiqli daşıyıcı qaz xəttində aşkar olunan sızmaların ləğvi, yeni abonentlərin şəbəkəyə qoşulması və cari təmir-bərpa işləri ilə əlaqədar şəhərin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, Şəmkirdə aparılan işlər səbəbindən 3 000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra bərpa ediləcəyi qeyd olunub.