Yaxın Şərqdəki müharibə alman şirkətlərinin 91%-nin zərərinə səbəb olub
18:02 İqtisadiyyatYaxın Şərqdəki münaqişə Almaniyanın on şirkətindən doqquzunun zərərlə işləməsinə səbəb olub.
Olaylar.az xəbər verir ki, bu barədə mərkəzi ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutunun hesabatında deyilir.
Sənədə əsasən alman sənaye şirkətlərinin yalnız 9%-i mövcud vəziyyətdən təsirlənməyiblər.
İnstitutun sorğusunda iştirak edən sənaye şirkətlərinin 78%-i enerji qiymətlərinin artmasını ən böyük risk faktoru kimi dəyərləndiriblər.
Şirkətlərin 36%-i daşınma marşrutlarındakı məhdudiyyətləri və xammal və aralıq məhsulların tədarükündəki problemləri vurğulayıb, 16%-i isə hava yük daşınmasında fasilələrlə bağlı narahatlıqlarını bildirib. Bundan əlavə, müəssisələrin təxminən dörddə biri əsas ixrac bazarlarında tələbatın azalacağını proqnozlaşdırır.