Azərbaycan neftinin qiyməti 124 dolları ötdü
10:55 İqtisadiyyatDünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dolları və ya 2,5 % artaraq 124,24 ABŞ dolları təşkil edib.
Olaylar.az bu barədə neft bazarındakı mənbəyə istinadən məlumat verir.
Bildirilir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,03 ABŞ dolları və ya 2,6 % artaraq 117,44 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31