İrlandiyadan Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb

2025-ci ildə İrlandiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15,986 milyon ABŞ dolları təşkil edib.

Olaylar.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 47,2% çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İrlandiyanın payı 1,4% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan İrlandiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,622 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,253 milyon ABŞ dolları və ya 1,9 dəfə artım deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində İrlandiyanın payı 0,5% təşkil edib.

2024-cü ildə Azərbaycandan İrlandiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,369 milyon ABŞ dolları, əks istiqamətdə isə 10,861 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31