90 gün əvvəl 40 min idi, indi 1,3 milyondur
15:24 İqtisadiyyatİran bu yaxınlarda dövriyyəyə 10 milyonluq banknot buraxıb, indiki məzənnə ilə 7 dollara bərabərdir. Cəmi 90 gün əvvəl 1 dollar 40 min riala bərabər idi. Bu gün bir dollar 1,3 milyon dəyərindədir.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.
"Vəziyyəti izah etmək üçün təsəvvür edin ki, Azərbaycan manatı 2025-ci ilin dekabrında dollara nisbətən 1,7 manat idi. İndi martın sonuna 55 manat olub. Dəhşətli mənzərə olardı, deyilmi?!
Son illər İranda xalqın narazılığı tək sistemdən deyildi, bərbad iqtisadi modelə, kasıblığa görə idi və iqtisadi böhran daha da dərinləşir.
ABŞ hüquqsuz müharibəni tezliklə bitirməlidir, İrana qarşı təcavüzə son verməlidir. Bundan sonra İran xalqı öz gələcəyini özü müəyyən edəcək. İqtisadi çətinlikləri sistemin özü doğub, bunu xalq bilir. Xaricdən haqsız təcavüzə son qoyulmalıdır ki, xalq da öz sözünü deyə bilsin", - o əlavə edib.