Azərbaycan və Çin arasında qarşılıqlı investisiyalar artıb
16:17 İqtisadiyyat2025-ci ildə Azərbaycanın Çinə birbaşa investisiyalarının həcmi 9,957 milyon ABŞ dolları təşkil edib.
Olaylar.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 7,2 milyon dollar və ya 3,6 dəfə çoxdur.
Hesabat ilində Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində Çinə reallaşan investisiyaların payı 0,4% təşkil edib.
Çin isə öz növbəsində 2025-ci il ərzində Azərbaycan iqtisadiyyatına 26,895 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 9,3 milyon dollar və ya 1,5 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Çindən Azərbaycana yatırılan investisiyaların xüsusi çəkisi 0,4% təşkil edib.
2024-cü il ərzində Çindən Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 17,6 milyon dollar, əks istiqamətdə isə 2,8 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.