OPEC ötən ay Azərbaycanda xam neft hasilatı barədə göstəriciləri açıqlayıb
19:50 İqtisadiyyat2026-cı ilin fevral ayında Azərbaycanda xam neft hasilatı orta hesabla günə təxminən 458 min barel təşkil edib.
Olaylar.az xəbər verir ki, bu barədə OPEC-in hesabatında qeyd olunur.
Təşkilatın məlumatına görə, bu göstərici 2025-ci ilin dekabr ayı səviyyəsində qalıb, lakin cari ilin yanvar ayı ilə müqayisədə artıb. Belə ki, yanvar ayında hasilat günə 457 min barel təşkil edib.
Bundan əlavə, OPEC qeyd edir ki, 2024-cü ildə qeydə alınmış günə 481 min barel ilə müqayisədə, 2025-ci ildə ölkədə orta illik neft hasilatı günə 461 min barel olub.
Qeyd edək ki, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, hesabat dövründə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmin 16,2 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının, 3,8 milyon tonu "Şahdəniz"in, 0,6 milyon tonu "Abşeron" yatağının, 7,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.
Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon ton neft ixrac edilib. Bu həcmin 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.