İrandan idxal olunan məhsullar niyə bahalaşıb?

İrandan Azərbaycana idxal  olunan məhsulların qiymətinin artım səbəbinə aydınlıq gətirilib.

Məsələni ABC.AZ-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, artımın səbəbi ticarətin hər iki ölkə arasında dollarla aparılmasıdır.

Bununla yanaşı, İran milli valyutasının dollara nisbətən mövqelərini təhvil verməsi və daha da  ucuzlaşması da qiymət artımına səbəb olan amillərdəndi:

"Eyni zamanda neftin qiymətinin artması və müharibə şəraiti loqistik xərclərin artmasına səbəb olur. Həmçinin, loqistik xərclər, tranzit maliyyəsi artdıqca da məhsulun maya dəyəri daha da artmış olur. Son nəticədə məhsulların bazara çıxarılması zamanı qiymət artımı ilə qarşılaşırıq. Düşünürəm ki, qiymət artımı olacaq, amma İran malları bazarın 5 faizinə qədərini təşkil etdiyi üçün bu məhsullar bütün dövriyyəyə təsir göstərmək imkanlarına malik deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31