Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Rusiya taxılını Ermənistana daşıyan yeddi vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Qonşu ölkəyə ümumilikdə 488 ton taxıl göndərilib.

Qatar Böyük Kəsik stansiyasından Gürcüstana keçərək oradan da Ermənistana yol alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31