Mikayıl Cabbarov bp-nin vitse-prezidenti ilə görüşüb

bp şirkətinin vitse-prezidenti ilə görüş keçirilib

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti ilə görüşdə gündəlikdə olan əməkdaşlıq məsələləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Olaylar.az xəbər verir ki, görüşdə şirkətlə uzunmüddətli səmərəli əməkdaşlıq vurğulanıb, bp-nin Azərbaycanın enerji sektorunun inkişafına verdiyi töhfələr qeyd edilib.

Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli enerji layihələri və yaşıl enerji keçidi ilə bağlı tədbirlər barədə məlumat verilib, tərəfdaşlığın inkişafı imkanları diqqətə çatdırılıb.

Tərəflər birgə fəaliyyətin gündəliyində olan istiqamətləri nəzərdən keçiriblər. Şirkətlə birgə layihələrin səmərəliliyinin artırılması, yaşıl enerji üzrə ortaq təşəbbüslər, iş proseslərinin qlobal sənaye standartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarında karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin yüksəldilməsi barədə müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31