AİB Azərbaycanda uzunmüddətli və dayanıqlı iqtisadi artımın təmin olunmasında kapital bazarlarının rolunu qiymətləndirib

Kapital bazarları, Azərbaycan iqtisadiyyatının transformasiyasını dəstəkləyir, əmanətləri biznes və infrastruktur üçün uzunmüddətli investisiyalara çevirir.

Bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya regionu üzrə özəl sektorun inkişafı departamentinin regional rəhbəri Enriko Pinalli bildirib.

"O zaman şirkətlər istiqraz və kapital bazarları vasitəsilə maliyyə cəlb edə bilirlər, onlar qısa müddətli bank kreditlərindən daha az asılı olurlar və artıma, innovasiyalara və dayanıqlı inkişafa sərmayə qoya bilərlər. AİB bazarda fəallığı təşviq edərək kapital bazarlarının inkişafını dəstəkləyir. Biz şirkətlər və maliyyə institutları ilə əməkdaşlıq edərək yeni istiqrazların buraxılmasına dəstək oluruq, investor kimi fəaliyyət göstəririk, digər investorları cəlb edirik, həmçinin "yaşıl" və dayanıqlı istiqrazlar kimi alətləri təqdim edirik", - o, sosial şəbəkə hesabındakı payılaşımda qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31