Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
25 Fevral 10:39 İqtisadiyyatAzərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.
Qeyd edilən həcmdə dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb./Apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31