Tranzit dəhlizləri Azərbaycan və İranın mənafeyini təmin edəcək - Sadeq

Tranzit dəhlizləri, kommunikasiya əlaqələri Azərbaycan və İranın iqtisadi mənafeyini təmin edəcək və regionda sülhü təmin edəcək.

Olaylar.az xəbər evrir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında deyib.

Onun sözlərinə görə, ötən iki ildə ikitərəfli ticarət dövriyyəsi 650 milyon dollar təşkil edib.

Nazir bildirib ki, İran və Azərbaycanın əsasını təşkil etməsi ilə ikitərəfli və çoxtərəfli razılaşmalar ciddi şəkildə izlənilir.

"Tranzit və yükdaşıma iki ölkənin ən önəmli strateji əlaqələrinin sahələrindən biridir. Ötən il 120 mindən çox İran yük maşını Azərbaycana və 50 mindən çox Azərbaycan yük maşını İrana keçib. Bu statistika iki ölkə arasında yükdaşımanın böyük əhəmiyyət kəsb etdiyini göstərir", - deyə o qeyd edib.

İranlı nazirin sözlərinə görə, iki ölkə arasında 2030-ci ilə qədər yükdaşımaların bir neçə dəfə artırılması məqsədilə sərhəd ərazilərdə infrastrukturların yaradılması və inkişaf etdirilməsi istiqamətində işlər görülür:

"İran ərazisində Culfa-Kəlalə avtomobil yolunun təmir olunması və tunellərin tikilməsi ilə genişləndirilməsi həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31