Ötən il İranla ikitərəfli yükdaşımaların həcmi 2,3 milyon tona çatıb - Baş nazirin müavini

Azərbaycan və İran "Şimal- Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində mühüm tranzit tərəfdaşları qismində çıxış edirlər.

Olaylar.az xəbər verir ki, bunu Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında deyib.

O bildirib ki, 2025-ci ildə ikitərəfli yükdaşımaların həcmi 2,3 milyon tona çatıb, bununla da müsbət artım dinamikası müşahidə olunub. Şahin Mustafayevin sözlərinə görə, artım həm avtomobil, həm də dəmir yolu yükdaşımalarında qeydə alınıb.

"Şimal- Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının reallaşdırılması baxımından Rəşt-Astara hisssinin tikintisi mühüm əhəmiyyət daşıyır. Astara Yük Treminalı "Şimal- Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Terminalın yükdaşıma imkanlarının 5 milyon tona qədər nəzərdə tutulması bu marşrutun tranzit potensialının artırılmasına mühüm töhfə verir", - Baş nazirin müavini əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31