İran və Azərbaycan arasında yol xəritəsi iki ölkənin ticarət perspektivini müəyyənləşdirə bilər - Fərzanə Sadeq
20:14 İqtisadiyyatİran və Azərbaycan arasında ticarət əməkdaşlığı üzrə yol xəritəsinin tənzimlənməsi iki ölkənin ticarət əlaqələri üzrə aydın perspektivini müəyyənləşdirə bilər.
Olaylar.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında deyib.
Onun sözlərinə görə, ötən iki ildə iki ölkənin ticarət dövriyyəsi 650 milyon dollar təşkil edib.
İranlı nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra bütün sahələrdə iki ölkə münasibətlərində yeni üfüqlər açıb.
Sadeq deyib ki, hesablamalar iki ölkə arasında ticarət sahəsində irəliləyişlərin olduğunu əks etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31