Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Energetika Nazirliyində təşkil olunan qəbul zamanı istilik enerjisi sərfiyyatı üzrə borcun yaranması, elektrik verilişi xəttinin mühafizə zonası, yaşayış binasında qaz xəttinin istismar vəziyyəti, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

