Bu proqram Azərbaycanda operator və provayderlərin nəticələrini yanlış ölçüb
16:14 İqtisadiyyatAparılmış monitorinqlər və analitik təhlillər nəticəsində sürətölçmə sistemlərinin istifadəsi və texniki sazlanması ilə bağlı bir sıra uyğunsuzluqlar müəyyən edilib.
Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Bildirilib ki, operator və provayderlərin bir hissəsində "Speedtest" sponsor serverlərinin fəaliyyətinə nəzarət mexanizmləri yetərli səviyyədə formalaşmayıb.
Bu vəziyyət ölçmə nəticələrinin 10-20 faizədək təhrif olunmasına və ölkənin beynəlxalq internet sürəti reytinqlərində mövqeyinə mənfi təsir göstərməsinə səbəb olub. Eyni zamanda operatorlar arasında "Local Exchange" arabağlantıların texniki imkanlarının məhdudluğu internet xidmətlərinin faktiki keyfiyyətinə təsir edən əsas risk faktorlarından biri kimi qiymətləndirilib.