Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin təqdimatı keçirəcək

Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti iyulun 20-də  təşkilatın yaranması ilə bağlı təqdimat mərasimi və "20 iyul Kıbrıs Barış Hərəkatı"nın 38-ci ildönümünü qeyd edəcək Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, "Nicat" Şadlıq Sarayında keçiriləcək tədbirdə ölkənin tanınmış siyasi və elm xadimləri, o cümlədən incəsənət ustaları, gənclər və jurnalistlər iştirak edəcək. Yeni yaranmış Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti qardaşını tanı və tanıt fəlsəfəsi ilə yola çıxmış bir təşkilatdır. Türk Dünyası parçalandıqdan sonra müxtəlix türk dövlətləri yaranmış, onların bəziləri müstəqil respublika, bəziləri isə müxtəlif dövlətlərin tərkibində muxtariyyət formasında varlığını qoruyub saxlamaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31