Azərbaycanla BƏƏ arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edildi

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılmasını müzakirə edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl Şorafanın rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaq xoş oldu.

Azərbaycan - BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayaraq, birgə layihələrin perspektivlərini, nəqliyyat, infrastruktur, "yaşıl enerji", rəqəmsallaşma, ticarət və biznes sahələrində əməkdaşlığın təşviqini, qarşılıqlı investisiyaların artırılmasını müzakirə etdik", - paylaşımda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31