Avropa “İT” təhlükəsizliyinə pul ayıracaq
25 Aprel 2012 16:49 İqtisadiyyatAvropa İttifaqı kibercinayətkarlıqla mübarizə aparmaq üçün öz fəaliyyətini gücləndirməyə hazırlaşır. Buna görə də təhlükəsizlik sahəsində mövcud informasiya texnologiyalarının (İT) inkişafı üçün federal büdcədən vəsait ayırmaq planlaşdırılır. Bu barədə "Infosecurity Europe 2012"-də çıxışı zamanı Avropa Komissiyasının rəqəmli texnologiyalar üzrə vitse-prezidenti Nili Kroes bildirib. Məlumat üçün bildirək ki, "Infosecurity Europe 2012" - Avropada informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində texnologiya və həllərə həsr edilmiş ən irimiqyaslı sərgidir. "Olaylar"ın ictnews elektron xəbər xidməti nə istinadən yayadığı məlumata görə, bu barədə "dailycomm.ru" saytı məlumat yayıb. Avropa komissarı qeyd edib ki, haker hücumlarına qarşı durmaq üçün istifadəçilər öz kompyuterlərini müdafiə etməyi bacarmalıdırlar. Onlar haker hücumlarının qarşısını ala bilən məhsullar haqqında məlumatlandırılmalıdırlar, o zaman həm də belə məhsullara tələbat yaranacaq.Xanıç Kroes, həmçinin bildirib ki, kiberfırıldaqçılarla mübarizə aparmaq üçün dünya səviyyəsində birləşmək lazımdır.