Azərbaycan Dünya Bankı ilə qaz infrastrukturunun modernləşdirilməsi üzrə məsləhətləşmələr apardı
12:14 İqtisadiyyatAzərbaycan və Dünya Bankı ilə ölkədə qaz təchizatı sahəsində islahatlar, eləcə də tarif mexanizmləri ətrafında məsləhətləşmələr aparılıb.
Olaylar.az bu barədə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) istinadən xəbər verir.
Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmaysterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanda qaz təchizatı sahəsində islahatlar, eləcə də tarif mexanizmləri ətrafında məsləhətləşmələr aparılıb.
Həmçinin Azərbaycanda metan emissiyalarının azaldılması səylərinin davam etdirilməsi, o cümlədən qaz infrastrukturunun modernləşdirilməsini dəstəkləmək üçün Dünya Bankı, eləcə də digər maliyyə qurumlarından əlavə potensial investisiya ayrılmasının perspektivləri nəzərdən keçirilib.