AİB Azərbaycanın da iştirak etdiyi özəl sektorun inkişafı ilə bağlı layihəni təsdiqlədi

Asiya İnkişaf Bankı "Özəl Kapitalın Cəlb Edilməsi gösətricisinin hazırlanması və tətbiqinə dəstək" layihəsinin gerçəkləşdirilməsi üçün 2 milyon ABŞ dolları həcmində texniki yardımın göstərilməsini təsdiqləyib. Layihədə inkişaf etməkdə olan ölkələrin sırasında yer alan Azərbaycan da iştirak edir.

Olaylar.az bu barədə banka istinadən xəbər verir.

Layihə Xüsusi Texniki Yardım Fondu hesabına maliyyələşdirilir və PCE (Özəl Kapitalın Cəlb Edilməsi) üzrə kompleks metodologiyanın hazırlanmasına, həmçinin onun AİB-nin üzv ölkələrində müxtəlif növ layihələrdə tətbiqinə yönəlib. Təşəbbüs Azərbaycanla yanaşı, Mərkəzi Asiya, Cənubi və Cənub-Şərqi Asiya, Şərqi Asiya və Sakit okean regionu ölkələrini əhatə edən geniş bir regionu da əhatə edir.

Texniki yardım həmçinin özəl kapitalın cəlb edilməsi ilə həyata keçirilən layihələr sahəsində AİB-in analitik bazasının möhkəmləndirilməsinə, biliklərin yayılmasına və bankın bütün əməliyyat departamentlərində və üzv ölkələrdə potensialın artırılmasına töhfə verəcək. Xüsusi diqqət bankın inkişaf layihələrində özəl sektorun iştirakını sistemli şəkildə ölçmək və stimullaşdırmaq imkanlarının gücləndirilməsinə yönəldiləcək.

Layihənin gözlənilən təsiri AİB-in özəl sektorun inkişafına yönəlmiş uzunmüddətli məqsədlərinə uyğundur. Bu məqsədlər Asiya və Sakit okean regionu ölkələrinin inkişafında özəl sektorun iştirakının genişləndirilməsini, eləcə də özəl sektorun inkişafı və özəl kapitalın səfərbər edilməsi üçün dayanıqlı mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur.

Texniki yardım nəticəsində AİB-in əməliyyatların daha məqsədyönlü aparılması və potensialın artırılması mexanizmlərinin təkmilləşdirilməsi hesabına özəl sektorun inkişafına dəstək üzrə institusional potensialın gücləndiriləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31