İsrail “Hizbullah”a məxsus silah anbarlarını vurdu
18:41 İqtisadiyyatİsrail Livanın cənubunda yerləşən "Hizbullah" təşkilatına məxsus hədəflərə yeni zərbələr endirib.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail ordusunun açıqlamasına görə, hücumların əsas hədəfi silah anbarları olub.
Zərbələr qruplaşmanın hərbi imkanlarını bərpa etmək cəhdlərinin qarşısını almaq məqsədi daşıyıb.
Qeyd edək ki, vurulan hədəflərdən birinin sıx məskunlaşmış ərazidə yerləşdiyi qeyd olunub. İsrail Müdafiə Qüvvələri bunu mülki şəxslərdən "canlı qalxan" kimi istifadə olunmasının nümunəsi kimi qiymətləndirib. Eyni zamanda, qurumdan bildirilib ki, zərbələrdən əvvəl müvafiq tədbirlər görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31