Saxlanma müddəti keçmiş ərzaq malları hələ də satışdadır
13 İyul 2012 14:05 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Göyçay, Hacıqabul, Ucar, Gəncə, Qax, Abşeron, Sumqayıt, Bakının Səbail, Qaradağ, Binəqədi rayonlarında mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 1100 kq-a yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ("OLAYLAR"İA)