Aİİ Hindistanla azad ticarət zonası üzrə danışıqlara başlayır – ÖZƏL
17:19 İqtisadiyyatAvrasiya İqtisadi İttifaqı (Aİİ) Hindistanla azad ticarət zonası (ATZ) yaradılması barədə danışıqlar aparır.
Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
Onun sözlərinə görə, Aİİ-nin hazırda Vyetnam, Serbiya və İranla azad ticarət sazişləri mövcuddur. Ötən il isə Monqolustan, BƏƏ və İndoneziya ilə oxşar razılaşmalar imzalanıb. Nəticədə Aİİ istehsalçılarının çıxış əldə etdiyi bazar təxminən 730 milyon nəfəri əhatə edir.
Overçuk bildirib ki, ittifaq bu imkanları genişləndirməyi planlaşdırır: Hindistanla əsas danışıqlar davam edir, İordaniya ilə danışıqlar nəzərdə tutulur, bir sıra Afrika ölkələri və Pakistan da müzakirə olunur.
Qeyd edək ki, noyabrın sonunda Hindistan və Aİİ ATZ üzrə mümkün sazişlə bağlı ilk danışıqlar raundunu keçirib. Rusiya Prezidenti Vladimir Putin belə bir zonanın Hindistan və Rusiya arasında ticarət əlaqələrinin artmasına töhfə verəcəyini vurğulayıb.
Aİİ 1 yanvar 2015-ci ildən fəaliyyət göstərir. Üzv ölkələr: Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan