Ukraynanın 20 vilayətində hərbi xidmətdən yayınanlara qarşı kütləvi axtarışlar aparılıb- ÖZƏL 

Ukraynada hərbi səfərbərlikdən yayınma hallarını aşkarlamaq məqsədilə genişmiqyaslı əməliyyat keçirilib. Ölkənin Milli Polisi 20 vilayətdə ümumilikdə 128 axtarış aparıldığını açıqlayıb. Olaylar.az xəbər verir ki, Milli Polisin Telegram kanalında yayılan məlumata görə, hüquq-mühafizə orqanları hərbi xidmətə çağırışdan yayınmaq üçün yaradılan qanunsuz sxemləri ifşa etməyə çalışıb. Bildirilib ki, istintaq çərçivəsində məsuliyyətə cəlb olunan şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, əsasən saxta tibbi arayışlardan istifadə edilib. Belə ki, bəzi şəxslər guya əlilliyi olan insanlara baxdıqlarını təsdiqləyən sənədlər, eləcə də hərbi xidmətə yararsızlıq barədə saxta sağlamlıq arayışları hazırlayıblar.
Qeyd olunub ki, bəzi hallarda hərbi qulluqçular bu cür saxta sənədlər vasitəsilə xidməti dayandırmaqla yanaşı, qanunla nəzərdə tutulan ödənişləri də qanunsuz şəkildə əldə ediblər. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31