Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıması sahəsində mövcud vəziyyət müzakirə edilib

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıması sahəsində mövcud vəziyyət müzakirə olunub.

Olaylar.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma həyata keçirən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirdik.

Görüş zamanı beynəlxalq daşımalar sahəsində mövcud vəziyyət, daşıyıcıların beynəlxalq bazarlarda iştirakının artırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi apardıq.

Eyni zamanda daşıyıcıların təkliflərini dinlədik və fəaliyyətin daha səmərəli təşkili istiqamətində atılacaq addımları müzakirə etdik", - məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31