“Qərbi Çıraq” platformasından indiyədək hasil edilən neftin həcmi açıqlandı

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi çərçivəsində Qərbi Çıraq platformasından indiyədək ümumilikdə 251 milyon barel (34 milyon ton) neft hasil edib.

Olaylar.az bu barədə bp-yə istinadən xəbər verir.

Məlumata görə, platformadan indiyədək 26-sı neft hasilatı, 1-i qaz hasilatı, 7-i suvurma quyusu, 1-i isə şlamların yenidən laylara vurulması üçün quyu olmaqla ümümilikdə 35 quyu qazılıb.

"Bu uğurun əsasında Azərbaycan hökuməti, SOCAR və digər partnyorlarımızla etibarlı tərəfdaşlıq və platformanın peşəkar işçi heyətinin əla iş icrası və qətiyyəti durur", - məlumatda qeyd edilib.

Qeyd edək ki, 2014-cü ilin yanvarın 28-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi çərçivəsində Qərbi Çıraq platformasından neft hasilatına başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31