Sənaye parkları iqtisadi inkişafın yeni drayverlərinə çevrilməkdədir- ÖZƏL
10:51 İqtisadiyyat"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında bir sıra istehsal müəssisələrinin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Sənaye parkları Azərbaycanda iqtisadi inkişafın yeni drayverlərindən birinə çevrilməkdədir. Bir tərəfdən yerli tələbin ödənilməsinə töhvə verən sənaye parkları digər tərəfdən qeyri-neft ixracatının artımına dəstək olurlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: " 2025-ci ilin ilk 11 ayında qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 317 milyon dollar olub. Bu o deməkdir ki, faktiki qiymətlərlə Azərbaycanın qeyri neft-qaz ixracatı 7,3 faiz artıb. Bu artımda isə sənaye parklarının və eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin xüsusi payı vardır. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.
Neft bazarındakı volatillik, qlobal geo-siyasi risklərin gücləndirdiyini nəzərə aldıqda qeyri neft-qaz ixracatınınn daha da artırılması iqtisadi şaxələnmə üçün xüsusi əhəmiyyət kəsb edir. 2026-cı ildə büdcə gəlirlərinin 57 faizi, ümumi daxili məhsulun isə 68 faizi qeyri neft-qaz sektorunun payına düşəcək. Bu konteksdən, ümumi ixracatda da qeri neft-qaz sektorunun payının daha da artırılması yeni dövrün əsas hədəflərindədir".