İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə tərəfdaşlıq müzakirə olunub

İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndələri ilə keçirilən görüşdə birgə layihələrin icra vəziyyəti müzakirə edilib.

Olaylar.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun infrastruktur sahəsi üzrə regional direktoru Çarlz Kormiyer və Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays ilə görüşüb.

Görüşdə Azərbaycanın Dünya Bankı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Bankın ölkə iqtisadiyyatının müxtəlif sahələrində göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

Tərəflər birgə layihələrin icra vəziyyətini dəyərləndiriblər. Şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin regional perspektivləri, şəhər mobilliyi, bərpa olunan enerji və yaşıl iqtisadiyyata keçid təşəbbüslərinə dəstək imkanları nəzərdən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31